Bayram günləri zəhərlənənlərin sayı AÇIQLANDI

09:30 - 06 Yanvar 2023

Bayram günləri zəhərlənənlərin sayı AÇIQLANDI

Bayram günlərində (31 dekabr-5 yanvar) TƏBİB-in tabeliyində fəaliyyət göstərən Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə şübhəsi ilə bağlı 180 müraciət daxil olub.

Mərkəzdən Manset.az-a verilən məlumata görə, müraciət edənlərin 21 nəfərinin (15-i qadın, 6-si kişi olmaqla) vəziyyəti ağır olduğu üçün Toksikologiya şöbəsinə yerləşdirilib. 159 nəfərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. 

Xəstəxanaya yerləşdirilən 21 nəfərdən 7-si dərmandan, 3-ü sirkə turşusundan, 4-ü etanol spirtindən, 4-ü dəm qazından, o cümlədən 2-si allergiyadan, 1-i isə botulizmdən zəhərlənib. 

Tibb müəssisəsinə yerləşdirilən şəxslərdən 1-i ambulator müalicə üçün evə buraxılıb, hazırda 20 nəfərin müalicəsinə davam edir. Onlardan 4-nün vəziyyəti ağır qiymətləndirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az