Cəlilabadda keçən yük avtomobili yanıb.
Manset.az xəbər verir ki, hadisə Ələt-Astara magistralında, Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Rusiya Federasiyası vətəndaşı Şapi Maqammedovun idarə etdiyi yük avtomobilində yanğın baş verib. Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunub.
Qısa müddətdə yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.