10 gün komadan sonra ölən vəzifəli şəxs imiş - FOTOLAR

11:55 - 06 Yanvar 2023

10 gün komadan sonra ölən vəzifəli şəxs imiş - FOTOLAR

Xəbər verdiyimiz kimi, dekabrın 25-i Bakı-Quba magistralının Şabran rayonundan keçən hissəsində “Hyundai” markalı avtomobillə toqquşandan sonra aşan “Opel”də ağır xəsarət alan 47 yaşlı Samirə Əliyeva və 29 yaşlı oğlu Həsənov Fariz Bayramoğlu 10 gün komada qaldıqdan sonra Sumqayıtdakı xəstəxanada dünyasını dəyişib. Qəzada ailənin digər üzvü, S.Əliyevanın həyat yoldaşı Bayram Həsənov yüngül xəsarətlər alıb.

 

Manset.az-ın əldə etdiyi məlumata görə, qəzada dünyasını dəyişən Həsənov Fariz Bayram oğlu Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətində gizir vəzifəsində çalışıb.

Mərhum Sumqayıt şəhərində yaşayıb, Quba rayonuna anasının onurğasında problem olduğu üçün sınıqçı yanına gediblər. Hadisə onlar geri qayıdarkən baş verib.

Həsənov Fariz Bayram oğlunun bir azyaşlı qızı var.

Bakı-Quba yolundakı qəzada xəsarət alan ana və oğul vəfat etdi - FOTO


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az