Lənkəranskinin sağ əli ən qəddar həbsxanaya göndərildi - FOTOLAR

15:08 - 13 Yanvar 2023

Lənkəranskinin sağ əli ən qəddar həbsxanaya göndərildi - FOTOLAR

Kriminal aləmdə Hacı Beyləqanski kimi tanınan Hacıbaba Talıbxanov Rusiyanın ciddi rejimli və qapalı həbsxanalarından olan “Vladimirski Central”a köçürülür. 

 

Manset.az Demokrat.az-a istinadən xəbər verir ki, Beyləqanski buna qədər Moskva vilayətindəki həbsxanaların birində cəza çəkirdi. 

Beyləqanski "qanuni oğru"dur və Dubayda Rövşən Lənkəranski tərəfindən taclandırılıb. 
O, 2020-ci ildə qəfl qətlin sifarişi, qanunsuz silah saxlama maddələri ilə ittiham olunaraq 19 il həbs cəzası alıb. İstintaq sübut edib ki, o, “danabaş” ləqəbli İlqar Əliyevi şəxsən özü güllələyib. 

Qeyd edək ki, Hacı Beyləqanski Lənkəranski klanının ən tanınmış üzvlərindən biri idi və Rövşən Lənkəranskinin sağ əli sayılırdı. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az