Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az Report-a istinadən xəbər verir ki, hadisə Bərdə-Yevlax yolunun Saatlı kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, adı hələ açıqlanmayan qadın sürücü yolu keçməkdə olan rayonun Qarağacı kənd sakini 1994-cü il təvəllüdlü Qasımov Fərid Əfqan oğlunu vurub.
Yaralı aldığı xəsarətlərdən dünyasını dəyişib.
Mərhumun meyiti Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon morquna aparılıb.
Faktla bağlı araşdırma başlanılıb.