Xəzər dənizinin Mahaçqala sahillərində ölü suitilər aşkarlanıb.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, heyvan cəsədləri 3 gün davam edən güclü tufandan sonra sahilə çıxıb.
Ekspertlər müəyyən ediblər ki, ölən heyvanlar nəsli kəsilməkdə olan Xəzər suitiləridir. Heyvanların tələf olma səbəblərini müəyyən etmək üçün cəsədlərdən analiz nümunələri götürülüb.
Xatırladaq ki, 2022-ci il dekabrın əvvəlində də Xəzər dənizinin sahillərində 2 500-dən çox suiti ölüsü tapılmışdı.