Meyxanaçı Ələkbər Yasamallı sosial şəbəkədə kədərli paylaşımı ilə diqqət çəkib.
Manset.az xəbər verir ki, Yasamallı intihar edən bacısı oğlunun məzarından görüntü paylaşıb.
O, paylaşımına bunları da əlavə edib:
" 30 yaşımdan 40 yaşıma kimi 10 il çox tez keçdi. Amma Şamxalsız keçən bu 3 il ağrılı-acılı, hər saniyəsi kədər dolu 30 il kimi görsəndi. Kaş bu sözləri sən mənim üçün yazardın, nurüzlü Şamxalım. Bu 3 ilin hər ağrılı anı da kaş deyə-deyə keçdi. Səninlə üzbəüz dayanıb, dərdləşmək üçün nələr verməzdim. Amma sənə ancaq yaxşı şeylərdən danışardım. Sən gedəndən təəssüf ki, yaxşı nəsə olmayıb. Olubsa da, bizə yaxşı kimi görünməyib. Allah günahlarını bağışlasın. Qəbrin nurla dolsun".