Azərbaycanda futbolçu faciəvi şəkildə öldü - FOTO

11:07 - 19 Yanvar 2023

Azərbaycanda futbolçu faciəvi şəkildə öldü - FOTO

İmişlidə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

 

Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, dünən saat 21 radələrində İmişli şəhəri, Nəriman Nərimanov küçəsində yaşayan 2007-ci il təvəllüdlü Feyziyev Miryusif Rövşən oğlu hamamda çimərkən dəm qazından zəhərlənib.

Dərhal təcili tibbi yardım briqadası çağırılsa da, yeniyetmənin vəfat etdiyi məlum olub.

Qeyd edək ki, orta məktəbin 9-cu sinif şagirdi olan Miryusif "İmişli" futbol klubunun yeniyetmələrdən ibarət yığmasında qapıçı olaraq çıxış edirmiş.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az