Deputat cərimələrin yüksək olmasını tənqid etdi

11:26 - 19 Yanvar 2023

Deputat cərimələrin yüksək olmasını tənqid etdi

“Niva”nın arxasında göyərti satan adama necə 1 500 manat cərimə yazmaq olar? Hansı ki, iri biznesi olan sahibkar heç vergi belə ödəmir, ona cərimə yazılmır. Bununla inkişaf olmaz”.

 

Manset.az report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli komitənin iclası zamanı çıxışında bildirib.

O qeyd edib ki, inkişaf etmiş ölkələrin 80 % gəliri məhz kiçik və orta biznezdən əldə edilən vəsait hesabına formalaşır:

“Cərimələrin yüksək olması inkişafa mane olur. Sahibkar fikirləşir ki, bu qədər yüksək cərimə ödəməkdənsə işimi bağlayım ya da haramısa zədələyib əlillik alım”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az