Bunu etsəniz 150 manat CƏRİMƏ OLUNACAQSINIZ - Sürücülərə XƏBƏRDARLIQ

11:37 - 30 Yanvar 2023

Bunu etsəniz 150 manat CƏRİMƏ OLUNACAQSINIZ - Sürücülərə XƏBƏRDARLIQ

Azərbaycanda avtomobillərdə istifadə olunan led işıqların qadağan olunması barədə məlumatlar dolaşır.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə müzakirələr əsasən sosial şəbəkədə aparılır.

Yaranan çaşqınlıq həm sürücüləri, həm də led işıqlarının satışı ilə məşğul olan sahibkarları narahat edir. Sürücülər bu işıqlardan istifadə edəcəyi təqdirdə cərimələnəcəyindən ehtiyatlanır. Sahibkarlar isə belə bir durumda bizneslərinə zərbə ilə üzləşir.

Gedən müzakirələri və yaranmış vəziyyəti aydınlaşdırmaq məqsədilə BAKU.WS Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edib. Qurumun Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla əlaqə şöbəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev açıqlamasında bildirib ki, nəqliyyat vasitəsinin istehsalçı zavod tərəfindən xarici işıq cihazlarında led işıqlarının quraşdırılması nəzərdə tutulubsa, bu halda həmin nəqliyyat vasitəsinə led işıqlarının quraşdırılmasına icazə verilir:

"İstehsalçı zavod tərəfindən nəzərdə tutulmadıqda nəqliyyat vasitəsinə led işıqlarının quraşdırılması qadağandır və inzibati məsuliyyət yaradır. Əgər normativ tələblər pozularsa, İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsi ilə 150 manat cərimə tətbiq olunur".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az