Şəhid Orxan Əsgərovun atası: "Oğlumun arzuları böyük idi"

14:38 - 30 Yanvar 2023

Şəhid Orxan Əsgərovun atası: \"Oğlumun arzuları böyük idi\"

"Oğlumla şəhid olmamışdan bir gün öncə danışdım. Ailəsi ilə də, bizimlə də danışırdı. Orxanın ailəsi Bakıda yaşayırdı. Oğlumun arzuları böyük idi. Orxan böyük türk dünyası uğrunda çalışırdı. Çox vətənpərvər idi, övladlarını da bu ruhda yetişdirirdi. Bundan sonra çalışacağıq ki, onun yarım qalan arzularını biz yerinə yetirək".

 

Manset.az xəbər verir ki, bu sözləri şəhid Orxan Əsgərovun dəfnində atası Rizvan Əsgərov deyib. 

Onun sözlərinə görə, valideynləri Orxanla əlaqə saxlayan zaman heç bir problemin olmadığını bildirib:

Qeyd edək ki, İrandakı səfirliyimizə edilən terror hücumu zamanı şəhid olan O.Əsgərov bu gün Bakıdakı İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az