MTN əməkdaşı məhkəmə zalından azadlığa buraxıldı

18:48 - 01 Fevral 2023

MTN əməkdaşı məhkəmə zalından azadlığa buraxıldı

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general-mayor Nizami Şirinovla birgə həbs olunmuş nazirliyin əməliyyat müvəkkili Nadir Nəzirov azadlığa buraxılıb.

 

 

Manset.az xəbər verir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən iclasda qərar verilib.

Qərara əsasən, Nadir Nəzirovun cəlbetmə müddəti keçdiyi üçün onunla bağlı cinayət işinə xitam verilib.

Keçmiş MTN əməkdaşı məhkəmə zalından birbaşa azadlığa buraxılıb. //apa


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az