60 yaşlı Şəfiqə Nuriyeva kəskin boyun və qol ağrısı ilə bir neçə xəstəxanaya müraciət edib.
Manset.az-ın məlumatına görə, aldığı müalicələr xəstəyə kömək etməyib. Əksinə onun səhhətini daha da pisləşdirib. Ona bir neçə hospitalda boyun disk yırtığı əməliyyatı tövsiyə edilib. Amma bu əməliyyatdan sonra əlil qala biləcəyi istisna edilməyib.
Çünki boyun fəqərə arası disk yırtığı sinir üzərində olduğu üçün təhlükəli əməliyyat hesab olunur.
Bundan sonra pasient professor Əliosman Qədimbəyliyə müraciət etməyi qərara alıb. Həkim müayinədən sonra əməliyyatın zəruri olduğunu bildirib. Xəstə həkimin qəbulunda əməliyyat olunmaq qərarını verib.
Professor Əliosman Qədimbəyli qeyd edir ki, pasientin C6-7 fəqərə arasında disk yırtığı var.Xəstənin qolunda parez-yəni qol zəifliyi müşahidə edilir.Pasientin boynundakı disk yırtığı mikroskopik üsulla xaric edilib. Həmin nahiyəyə bir də təkrarən disk yırtığı yaranmaması və ağrıların olmaması üçün süni disk implant (peek keyc) yerləşdirilib. Professor Əliosman Qədimbəyli əməliyyatı uğurla icra icra edib.
Pasient əməliyyatın necə keçdiyini hiss etmədiyini və ağrıların olmadığı bildirib:
“Artıq sərbəst gəzirəm. Bu əməliyyatdan qorxmağa dəyməzmiş, hər hansı şikəstliyim olmadı. Əliosman doktora və kollektivinə təşəkkür edirəm”.
Telefonlar:
(050) 296-6668
(051) 296-6668
(055) 296-6668
(070) 296-6668
(050) 296-6668 (WhatsApp)
Ünvan: Medera Hostpital, Naxçıvani küç. 53