"Əlində qan olanların duaları qəbul edilməyəcək" - Papadan ABŞ ilə bağlı şok açıqlama

12:37 - 30 Mart 2026

\"Əlində qan olanların duaları qəbul edilməyəcək\" - Papadan ABŞ ilə bağlı şok açıqlama

Papa Leon ABŞ ilə bağlı gözlənilməz açıqlama verib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, Papa müharibə aparan və "əlləri qanla bulaşmış" liderlərin dualarının Tanrı tərəfindən qəbul edilməyəcəyini bildirib.


Açıqlamadan bir neçə gün əvvəl ABŞ-nin Müdafiə Naziri Pete Hegseth ölkəsinin düşmənlərinə qarşı "daha çox şiddət" üçün dua etdiyini bildirmişdi.


Vatikandakı Müqəddəs Pyotr meydanında keçirilən Palma Bazar (Domingo de Ramos) mərasimində çıxış edən Papa Leon İran-İsrail-ABŞ arasındakı münaqişəni dəhşətli olduğunu deyib. İsa Məsihin müharibəni rədd etdiyini vurğulayan Papa dinin şiddəti haqlı çıxartmaq üçün istifadə edilə bilməyəcəyini söyləyib.


Papa müqəddəs kitabdan sitat gətirərək, “Çox dua etsəniz belə, sizi dinləməyəcəyəm; çünki əlləriniz qanla doludur” - sözlərini xatırladıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az