“Qripə qarşı peyvənd olunun” - Çağırış

15:40 - 08 Fevral 2023

“Qripə qarşı peyvənd olunun” - Çağırış

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov qripə qarşı peyvəndləmə ilə bağlı əhaliyə müraciət edib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, T.Eyvazov deyib ki, peyvənd olunan şəxslər müəyyən qədər qrip virusundan qorunmuş hesab olunurlar.

İnfeksionist bildirib ki, onlar qripə yoluxsalar belə, xəstəliyi yüngül keçirirlər:

“İlk növbədə azyaşlıların, hamilələrin, yaşlıların qrip əleyhinə peyvənd olunması tövsiyə edilir. Eyni zamanda, insanlar xəstəlikdən qorunmaq üçün qidalanmalarına fikir verməlidirlər. Xüsusilə vitaminlərin bol olduğu qida qəbulu vacibdir”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az