Türkiyədə 20 mindən çox şəxs xilas edilib

22:58 - 08 Fevral 2023

Türkiyədə 20 mindən çox şəxs xilas edilib

Bu zamana qədər 20 mindən çox şəxs dağıntıdan xilas edilib.

 

Manset.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.

O qeyd edib ki, aidiyyatı qurumlar bu haqda statistikanı sabah ictimaiyyətə bildirəcək.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az