Vaksinasiya ilə bağlı son vəziyyət

16:40 - 10 Fevral 2023

Vaksinasiya ilə bağlı son vəziyyət

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 275 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Manset.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 64, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 143, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 54, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 14 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 945 002, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 403 007, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 877 798, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 398 810, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 387 nəfər təşkil edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az