Süleyman Soylu ilə Kəmaləddin Heydərovun telefon danışığı yayıldı - VİDEO

19:41 - 10 Fevral 2023

Süleyman Soylu ilə Kəmaləddin Heydərovun telefon danışığı yayıldı - VİDEO

Türkiyənin daxili işlər naziri Süleyman Soylu Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovla əlaqə saxlayaraq ondan yardım istəyib.

 

Manset.az İctimai TV-yə istinadən xəbər verir ki, qardaş ölkə naziri zəlzələ bölgəsi üçün çadıra ehtiyac olduğunu deyib:

"Kəmaləddin qardaşım, bir az daha çadıra ehtiyacımız var. Bununla bağlı səy göstərsən, minnətdar olaram. Burada böyük birlik var, zamanla yarışıb millətimiz qarşısında utanmadan xidmətdə olacağıq. Allah hamınızdan razı olsun".

Xatırladaq ki, Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 18 342 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 74 242 nəfər yaralanıb.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Manset.az (@manset.az)


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az