Azərbaycanda yaxın günlərdə zəlzələ olacağı söz-söhbətinə AÇIQLAMA - VİDEO

00:53 - 11 Fevral 2023

Azərbaycanda yaxın günlərdə zəlzələ olacağı söz-söhbətinə AÇIQLAMA - VİDEO

Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra Azərbaycanda da zəlzələ olacağı ilə bağlı şayiələr səngimək bilmir.

 

Manset.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli BAKU.TV-yə açıqlamasında məsələyə birdəfəlik aydınlıq gətirib.

O, sosial mediada səslənən fikirlərin heç birinin əsasının olmadığını bildirib.

“Bu şayiələrə inanmayın, ancaq dövlət qurumlarının açıqlamalarına qulaq asın. Azərbaycanda yaxın günlərdə elə bir qorxu yoxdur”, - deyə Qurban Yetirmişli bildirib


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az