Elnur Hidayətoğluna yeni vəzifə verildi

09:31 - 13 Fevral 2023

Elnur Hidayətoğluna yeni vəzifə verildi

Tanınmış jurnalist Elnur Hidayətoğluna yeni vəzifə verilib.  

 

Manset.az xəbər verir ki, bu barədə “ASAN Xidmət”in mətbuat katibi Elnur Niftəliyev feysbukda bildirib.  

Məlumata görə, E. Hidayətoğlu Bakı Baş Səhiyyə Mərkəzinin İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin rəhbəri vəzifəsinə təyin olunub. 

Qeyd edək ki, o, daha əvvəl Kliniki Tibbi Mərkəzdə İctimiayyətlə əlaqələr şöbəsinin rəhbəri olub. Bu ayın əvvəlində vəzifəsindən ayrılıb. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az