Dağıntılar altından sağ çıxarılan tələbələr Azərbayacana QAYITDI - FOTO+VİDEO

12:26 - 13 Fevral 2023

Dağıntılar altından sağ çıxarılan tələbələr Azərbayacana QAYITDI - FOTO+VİDEO

Türkiyənin Kahramanmaraş şəhərində dağıntılar altından sağ çıxarılan azərbaycanlı tələbələr- Gülşən və Jalə Cəfərova bacıları ölkəyə gətiriliblər.  

Manset.az-ın məlumatına görə, günlərdir ürəyi səksəkədə olan valideynlərdən biri də Gədəbəy rayonunun İnəkboğan kənd sakini Mübariz Cəfərov olub. O, Kəpəz tv-yə verdiyi açıqlamada ilk xəbəri televiziya kanallarından birini izləyərkən aldığını bildirib. Sonra onlar ölkəmizin Türkiyədəki səfirliyinə müraciət ediblər. 

Zəlzələdən əziyyət çəkən bacılardan Jalə Cəfərova qeyd edib ki, yaşadıqlarını danışmaq çox çətindir. Kahramanmaraş Universitetinin “Sağlıq bilimləri” fakültəsinin 4-cü kurs tələbəsi Gülşən Cəfərova da bacısından heç də az gərginlik yaşamayıb. Hətta zəlzələ baş verəndə bacısı Jalənin öldüyünü güman edib.
Həmin reportajı təqdim edirik:


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az