Bu gündən Azərbaycanda polietilen torbalar pulla satılır

10:23 - 15 Fevral 2023

Bu gündən Azərbaycanda polietilen torbalar pulla satılır

Azərbaycanda bu gündən etibarən alış-veriş zamanı istifadə edilən polietilen torbaların pulla satışına başlanılıb.

 

Manset.az xəbər verir ki, ölçüsündən və növündən asılı olaraq məhsul 1, 3 və 5 qəpiyə satılacaq.

Qeyd edək ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinə ünvanladığı məktubda deyilir ki, polietilen torba tullantılarının ətraf mühitə mənfi təsirlərini azaltmaq məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 25 nömrəli qərarına əsasən, elə həmin tarixdən etibarən, market kassalarında məhsulların yığılması üçün nəzərdə tutulan, ölçüsü 15-50 mikron olan polietilen torbalar, ayrıca məhsul növü kimi ödənişli olmalıdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az