FHN Kahramanmaraşda çadır şəhərciyi qurur - VİDEO

17:55 - 16 Fevral 2023

FHN Kahramanmaraşda çadır şəhərciyi qurur - VİDEO

Məlumat verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən qardaş ölkəyə göndərilmiş çadırların Nazirliyin qüvvələri tərəfindən qurulması prosesi həyata keçirilir.

 

Bu barədə Manset.az-a FHN-dən məlumat verilib.

Belə ki, FHN-in qüvvələri tərəfindən Kahramanmaraş rayonunda yerləşən Kahramanmaraş Sütçü İmam Universitetinin həyətində 300 çadırdan ibarət növbəti çadır şəhərciyi qurulub. Çadırlarda yaşayan insanlar üçün lazımi şərait yaradılıb, o cümlədən mobil səhra mətbəxi qurularaq qida təminatı təşkil edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az