Koronavirusa yoluxanların SON STATİSTİKASI

18:40 - 16 Fevral 2023

Koronavirusa yoluxanların SON STATİSTİKASI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 17 yeni yoluxma faktı qeydə alınıb, 33 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Manset.az-a verilən məlumata görə, xəstəlikdən iki nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 828 292 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 071 nəfər müalicə olunaraq sağalıb, hazırda 120 aktiv xəstə var. Bu günə qədər 10 101 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 480, bu günə qədər isə ümumilikdə 7 510 900 test icra olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az