“Whatsapp”dan istifdəçilərini SEVİNDİRƏCƏK YENİLİKLƏR - FOTO

09:12 - 17 Fevral 2023

“Whatsapp”dan istifdəçilərini SEVİNDİRƏCƏK YENİLİKLƏR - FOTO

“WhatsApp” mesenceri “Android” smartfonları üçün yenilənib və dörd funksiyanı təkmilləşdirib.

 

Manset.az xəbər verir ki, yeni “apdeyt”də bir neçə yeni funksiya əlavə edilib, bəzi köhnələri təkmilləşdirilib, səhvlər və “baq”lar düzəldilib.

Yeniliklərin siyahısını təqdim edirik:

• Artıq sənədləri göndərərkən onlara imza əlavə etmək mümkündür.

• Mövzu və qrup təsvirlərində simvolların icazə verilən sayı artırıldı.

• Eyni anda 100-ə qədər foto və ya video göndərmək olacaq (halbuki əvvəllər onların sayı 30-dan artıq ola bilməzdi).

• İndi öz “avatar”larınızı yarada və onları profil şəkilləri kimi istifadə edə, yaxud stiker kimi göndərə bilərsiniz. Bunun üçün “Parametrlər”ə keçmək və “Avatar” seçimini etmək lazımdır.

“iPhone” üçün yuxarıdakı siyahıdan bəzi yeniliklər hələ mövcud deyil. Çox güman ki, onlar yaxın həftələrdə təqdim olunacaq.//oxu.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az