“Prius” betonqarışdıran avtomobilə çırpıldı: Xəsarət alan var - FOTO

09:41 - 17 Fevral 2023

“Prius” betonqarışdıran avtomobilə çırpıldı: Xəsarət alan var - FOTO

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, qəza Qafur Məmməd küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsində qeydə alınıb.

Belə ki, “Toyota Prius” markalı avtomobilin sürücüsü yolun asfalt qatının sürüşkən olduğunu nəzərə almadığına görə sükana nəzarəti itirib.

İdarəetmədən çıxan minik maşını prospektə dönən çoxtonnajlı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində minik maşınında olan bir nəfər xəsarət alıb və “Toyota” markalı avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az