Türkiyədə canlı efir zamanı zəlzələ olub.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, təbii fəlakət qardaş ölkənin Kənd Təsərrüfatı və Meşə Naziri Vahit Kirişçi çıxış edərkən baş verib.
Doğanşehirdə yaşanan zəlzələnin gücü zəif olduğundan dağıntılara səbəb olmayıb. Canlı yayım qaldığı yerdən davam edib.