Hazırda Azərbaycanda təhsil sektorunda əsas icra hakimiyyəti orqanı Elm və Təhsil Nazirliyidir. Müstəqilliyimizin bərpasından bəri fərqli adlarla fəaliyyət göstərən nazirliyə bu günə qədər 7 fərqli məmur rəhbərlik edib.
2022-ci il iyulun 28-dən bəri nazirliyə Emin Əmrullayev rəhbərlik edir. O, daha əvvəl 2020-ci ilin iyulundan, 2022-ci ilin iyuluna qədər təhsil naziri vəzifəsini icra edib.
Emin Əmrullayevdən öncə isə 6 fərqli təhsil nazirimiz olub.
Manset.az xəbər verir ki, Bizim.Media sabiq təhsil nazirlərinin indi harada olduqlarını araşdırıb.
1. Rafiq Feyzullayev
Müstəqillik dönəminin ilk təhsil naziri Rafiq Babaş oğlu Feyzullayev olub. Həmin dövrdə qurumun adı Xalq Təhsili Nazirliyi idi. R. Feyzullayev 5 fevral 1991 — 11 avqust 1992-ci illər aralığında nazir vəzifəsini icra edib. İxtisasca riyaziyyatçı olan ilk təhsil nazirimiz 1990‑cı ildə professor və 14 dekabr 1990‑ci ildə "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adına layiq görülüb. Təhsil naziri vəzifəsindən azad edildikdən sonra o, müdafiə nazirinin müavini təyin olunub. 1993-2001-ci illərdə isə AMEA prezidentinin müavini vəzifəsini icra edib.
Sabiq nazir dələduzluq və dövlət vəsaitini israfetmə ittihamı ilə 2001-ci ildə 12 il müddətinə azadlıqdan məhrum edilib. 2001-ci il iyunun 17-də Şüvəlan qasəbəsində yerləşən 3 saylı təcridxanada vəfat edib.
2. Firudin Cəlilov
Filologiya elmləri doktoru, türkoloq Firudin Cəlilov 1992-ci ilin fevral ayında Təhsi nazirinin müavini təyin olunub, 11 avqust 1992 — 18 may 1993-cü illərdə xalq təhsili naziri olub. O, 12 may 1993-cü ildə Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili naziri təyin edilib və Azərbaycan Respublikasının Ali və Orta İxtisas Təhsili Nazirliyinin ləğv edilməsi ilə əlaqədar olaraq 2 sentyabr 1993-cü ildə həmin vəzifədən azad edilib. Nazir olduğu dönəmdə test üsulunun tətbiq edilməsi ilə birlikdə Azərbaycan təhsilində inqilabi dəyişikliyə imza atıb.
Təhsil naziri vəzifəsindən azad edildikdən sonra Azərbaycan Milli İstiqlal Partiyası ilə əməkdaşlığa başlamış və daha sonralar partiyanın üzvü olmuş və 1997-ci ildə partiyanın ikinci postu sayılan Mərkəzi Şuranın sədri və Siyasi şuranın sədri seçilib. 1998-ci ildə partiyadan ayrılıb. Həmin dönəmdən etibarən elmi fəaliyyətlə məşğuldur.
3. Lidiya Rəsulova
Firudin Cəlilovun vəzifəsindən azad edilməsindən sonra Xalq Təhsili Nazirliyi ləğv olundu və yerinə Təhsil Nazirliyi yaradıldı. Yeni nazirliyə isə ilk olaraq, Lidiya Rəsulova rəhbərlik edib. 1993-ci ilin 2 sentyabrında bu vəzifəyə təyin edilən L.Rəsulova 1997-ci ilin 13 sentyabrınadək nazir kreslosunda əyləşib.
2005-ci ildə Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 100 illik yubileyi keçirilərkən Lidiya Rəsulova bu məqsədlə təsis olunmuş “Azərbaycan həmkarlar ittifaqlarının 100 illik yubiley” medalı ilə təltif edilib. 2012-ci il fevralın 5-də dünyasını dəyişib.
4. Misir Mərdanov
Təhsil naziri postunda ən uzun müddət qalmış məmur olan Misir Mərdanov 1997-ci ildən 2013-cü ilədək nazir kreslosunda əyləşib. İxtisasca riyaziyyatçı olan Mərdanov təhsil naziri təyin edilməmişdən əvvəl Bakı Dövlət Universitetinin rektoru olub. Nazir vəzifəsindən azad edildikdən sonra isə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru olub. Hal-hazırda da bu vəzifəni icra edir.
5. Mikayıl Cabbarov
Misir Mərdanovdan sonra təhsil naziri təyin olunan Mikayıl Cabbarov 2017-ci ilin dekabrındək bu vəzifəni icra edib. Bu vəzifədən azad edildikdən sonra o, vergilər naziri təyin olunub. 2019-cu ilin oktyabrında isə İqtisadiyyat naziri təyin edilən M.Cabbarov indi də bu vəzifəni icra edir. Təhsil naziri olduğu dövrdə, universitetlərdə SABAH qruplarının, eləcə də Tələbə Kredit Fondunun yaradılması kimi mütərəqqi addımlarla yadda qalıb.
6. Ceyhun Bayramov
Ceyhun Bayramov 23 aprel 2018 — 16 iyul 2020-ci illərdə təhsil naziri olub. Elmar Məmmədyarovun xarici işlər naziri vəzifəsindən azad edilməsindən sonra, həmin vəzifəyə C.Bayramov təyinat alıb. C.Bayramov hazırda Azərbaycan Respublikasının xarici işlər naziridir.
Sabiq təhsil nazirlərimiz indi haradadır? – ARAŞDIRMA
09:24 - 21 Fevral 2023
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
18 Avqust 2026 - 21:32
Vəkil Elşad Məmmədov həbs edildi - FOTO
18 Avqust 2026 - 23:14
Ağır qəzada ölən Elvinin ad günü imiş - VİDEO
18 Avqust 2026 - 22:15
İrandan BƏƏ-yə raket hücumu oldu
18 Avqust 2026 - 23:29
Nardaranda kişi evində ölü tapıldı
18 Avqust 2026 - 21:51
Güləşçimiz finala vəsiqə qazandı
18 Avqust 2026 - 23:46
Meteohəssas insanların DİQQƏTİNƏ
19 Avqust 2026 - 13:49
Oğul 73 yaşlı anasını toyuq-cücəyə görə DÖYDÜ
18 Avqust 2026 - 20:16
Tramp ABŞ-nin İranla danışıqlar aparmadığını bildirib
19 Avqust 2026 - 12:36
İlham Əliyev Gülərin arzusunu belə reallaşdırdı - Dövlət başçısından JEST
19 Avqust 2026 - 10:00
Bu xəstəxananın baş həkimi işdən çıxarıldı
18 Avqust 2026 - 19:23
"Neftçi" serbiyalı futbolçunu heyətinə qatdı
19 Avqust 2026 - 09:07
Çempionlar Liqasında böyük sınaq - “Sabah” “Hapoel”ə qarşı
Xəbər xətti
- 19 Avqust 2026
- 19:11 Yazar və naşirlərlə görüş keçirildi - FOTOLAR
- 18:50 Xətaidə bina yanır - VİDEO - YENİLƏNİB
- 18:32 "Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar dəstək göstərməyə davam edir" - XİN
- 18:14 Tovuzda 2 avtomobil toqquşdu - Yaralılar var
- 17:56 Paytaxtın əsas küçələrində TIXAC var
- 17:42 Məşhur cütlük sevgilərini Afrikada yenilədi - FOTO
- 17:20 Su xəttindəki qəza 25 dəqiqəyə aradan qaldırıldı
- 17:15 "Fənərbağça"da ayrılıq - Çağlar Söyüncü özünə klub axtarır
- 17:10 "Sabah"ın oyunu hansı kanalda yayımlanacaq?
- 16:45 Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
- 16:20 Fransada 22 günlük isti dalğası başa çatdı
- 16:19 Onlayn kazino şəbəkəsinin rəhbəri Azərbaycana gətirildi - VİDEO
- 16:13 Rusiya və Ukrayna 103 əsgəri qarşılıqlı dəyişdirdi
- 16:08 Avropada ABŞ hədəfləri qorunacaq - İran-NATO gərginliyi
- 15:54 Həftə sonunadək hava necə olacaq?
- 15:49 Ukraynada geniş araşdırma başladıldı
- 15:48 Sumqayıt və Xırdalanda mənzillərin ilkin ödənişi nə qədərdir?
- 15:41 Kaliforniya “yeni İran torpağı” elan edildi - İran-Tramp qarşıdurması
- 15:30 “Nar” inklüziv məşğulluğun təşviqinə töhfə verir - VİDEO
- 15:13 Bir ekosistemi xidmət sektorunda müştəri təcrübəsini rəqəmsallaşdırır
- 15:12 Kolleclərə qeydiyyat prosesi başladı
- 15:10 Beynəlxalq olimpiadalardan Tsinghua Universitetinə - Azərbaycanlı gəncin uğur yolu
- 15:09 Elçin Quliyev ona polkovnik rütbəsi verdi
- 15:05 Türkiyə və Suriya arasında saziş imzalandı
- 14:59 Türkiyəli məşhur cütlükdən sevindirici xəbər - FOTO
- 14:53 Avtobusla yük maşını toqquşdu - 21 nəfər öldü
- 14:22 Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
- 14:19 Adil Kərimli ona yüksək vəzifə verdi - FOTO
- 14:08 Azərbaycan səfiri etimadnaməsini Tokayevə təqdim etdi
- 13:49 Oğul 73 yaşlı anasını toyuq-cücəyə görə DÖYDÜ
- 13:44 Gələn il avqust ayında bu şəhərlər qaranlığa qərq olacaq - SƏBƏB
- 13:30 Cəlilabadda sürücü sükan arxasında öldü
- 13:12 Azercell-in dəstəklədiyi gənclərdən növbəti beynəlxalq uğur
- 13:06 "NASA yeni kraterin görüntülərini yayımladı" - Ayda raket izi
- 12:50 Sabah hava necə olacaq?
- 12:36 İlham Əliyev Gülərin arzusunu belə reallaşdırdı - Dövlət başçısından JEST
- 12:28 Tramp-Kim Çen In görüşü - Liderlər bu il üz-üzə gələ bilər
- 12:22 Həkim səhvi ilə bağlı məhkəmədə nələrə diqqət yetirilir?
- 12:15 Masazırda kişi qətlə yetirildi - 43 yaşlı arvadı saxlanıldı
- 11:53 Divar çökdü, 5 nəfər öldü - Qonaqlıq faciəyə döndü
- 11:22 "Qarabağ" çox vacib səfərə çıxacaq" - Qurban Qurbanov
- 11:10 Şəkərli içkilər xərçəng riskini dəfələrlə artırır
- 10:51 Daha 5 itkin-şəhid dəfn olunacaq
- 10:41 2027-ci il ən isti il ola bilər - İqlim həyəcanı
- 10:31 Azərbaycan XİN Əfqanıstanı təbrik etdi
- 10:07 İspaniyada ard-arda güclü ZƏLZƏLƏ - Otellər təxliyə edildi
- 10:00 Bu xəstəxananın baş həkimi işdən çıxarıldı
- 09:45 Neftimizin yeni QİYMƏTİ
- 09:30 Qusarda "Ford Transit" azyaşlını vuraraq öldürdü
- 09:07 Çempionlar Liqasında böyük sınaq - “Sabah” “Hapoel”ə qarşı
- 09:00 Paytaxtın bəzi küçələrində TIXAC var