Mingəçevir su anbarı seysmik ərazidə yerləşir? - AÇIQLAMA (VİDEO)

13:50 - 21 Fevral 2023

Mingəçevir su anbarı seysmik ərazidə yerləşir? - AÇIQLAMA (VİDEO)

"Mingəçevir su anbarının yerləşdiyi ərazidən dərinlik qırılması keçir və bu ərazidə yeraltı təkanlar qeydə alınır".

 

Manset.az xəbər verir ki, bu sözləri "Xəzər" TV-də yayımlanan "Xəbər Ertəsi" verilişinə açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib.

Mütəxəssisin fikrincə, həm sözügedən yerdə, həm də digər su anbarlarında müvafiq cihazlarla təkanların dinamikasının yoxlanmasına ehtiyac var.

Coğrafiya İnstitutunun şöbə müdiri Rza Mahmudov isə başqa fikirdədir. O bildirir ki, ölkəmizdə irili-xırdalı 120-yə qədər su anbarı var. Mingəçevir su anbarının yerləşdiyi ərazi isə hansısa seysmoloji təhlükədən xəbər vermir.

R. Mahmudov su anbarlarına nəzarətin daha da gücləndirilməli olduğunu deyir.

Süjeti təqdim edirik:


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az