Afiyəddin Məmmədov və Samir Sultanov həbs edildi

14:39 - 21 Fevral 2023

Afiyəddin Məmmədov və Samir Sultanov həbs edildi

İctimai fəallar Afiyəddin Məmmədov və Samir Sultanov həbs edilib.

 

Manset.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu gün Yasamal Rayon Məhkəməsində keçirilən iclaslarda onların hər biri barəsində 30 sutka inzibati tənbeh növü seçilib. Hər iki şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham olunub.

Qeyd edək ki, onlar dünən Bakı Apellyasiya Məhkəməsinin qarşısında həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevə azadlıq tələb ediblər. Həmin vaxt polislə həmin şəxslər arasında insident yaşanıb. A.Məmmədov və S.Sultanov polis tərəfindən saxlanılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az