Bakıda qadın 4 övladı ilə birgə itkin düşdü

09:30 - 24 Fevral 2023

Bakıda qadın 4 övladı ilə birgə itkin düşdü

Bakıda ana 4 övladı ilə birgə itkin düşüb.

 

Manset.az xəbər verir ki, paytaxt sakini Əhməd Hüseynov Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə müraciət edərək həyat yoldaşı və 4 övladının itkin düşdüyünü bildirib.

O, ailə üzvləri: arvadı G.İsayeva, övladları, 2006-cı il təvəllüdlü Y.Hüseynova, 2010-cu il təvəllüdlü Y.İsayeva, 2012-ci il təvəllüdlü M.İsayev və 2014-cü il təvəllüdlü A.İsayevanın fevralın 19-da saat 14:45-də birgə yaşadıqları mənzili tərk etdiyini və onlardan məlumat ala bilmədiyini deyib.

Müraciətlə bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az