Yol polisindən sürücülərə MÜRACİƏT

09:55 - 25 Fevral 2023

Yol polisindən sürücülərə MÜRACİƏT

Bakının mərkəzi prospektində asfalt örtüyü dəyişdirilir, bununla əlaqədar yol polisi sürücülərə müraciət edib.

 

Bu barədə Manset.az-a Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.

"Sürücülərin diqqətinə! Paytaxtın Neftçilər prospekti boyunca Əziz Əliyev küçəsi ilə kəsişmədən Bülbül küçəsi ilə kəsişməsindək asfalt örtüyünün dəyişdirilməsi məqsədilə aparılan təmir bərpa işlərini nəzərə alaraq 25-26 fevral tarixlərində həmin ərazilərdə mümkün qədər şəxsi avtomobillərdən az istifadə etməyi xahiş edirik", - o, deyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az