Azərbaycanda yol qəzası törədib qaçan tanınmış iş adamı intihar etdi

14:41 - 09 Mart 2023

Azərbaycanda yol qəzası törədib qaçan tanınmış iş adamı intihar etdi

Quba rayonunda intihar hadisəsi baş verib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dünən səhər saatlarında rayonun İspik kənd sakini olan 1987-ci il təvəllüdlü İntiqam Əlimuradovun meyiti Qəçrəş yaxınlığında-meşəlik sahədə tapılıb. Onun Qəçrəşdə yerləşən restoranlardan birinin rəhbəri olduğu məlum olub.

Araşdırmalar zamanı, həmçinin üzə çıxıb ki, martın 6-sı saat 16 radələrində İ.Əlimərdanov Quba şəhərində yol qəzası törədib. Belə ki, həmin vaxt o, idarə etdiyi “Niva” markalı 40 BB 011 avtomobillə piyada, 1973-cü il təvəllüdlü Rövşən İslam oğlu Ağayevi vurub. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Bundan sonra İntiqam Əlimərdanov hadisə yerindən uzaqlaşıb və polisə izahat verməyib.

Xəstəxanaya yerləşdirilmiş R.Ağayevin vəziyyəti hazırda orta-ağır qiymətləndirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az