Argentinada 5.2 bal gücündə zəlzələ olub.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatları Geoloji Tədqiqat Xidməti məlumat yayıb.
Məlumata görə, zəlzələ 136,7 km dərinlikdə baş verib. Zəlzələnin episentri 14500 nəfərin yaşadığı Tinoqasta şəhərindən 12 kilometr cənubda yerləşib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.
