Şabran sakinləri “Açıq mikrofon”da - FOTOLAR

17:52 - 05 Aprel 2023

Şabran sakinləri “Açıq mikrofon”da - FOTOLAR

SOCAR “Azəriqaz” İB-nin bölgələrdə keçirdiyi “Açıq mikrofon” aksiyası Şabran rayonunun sakinlərinin  ixtiyarında olub.

 

Manset.az xəbər verir ki, aksiyada ümumilikdə 10 müraciət ünvanlayıb ki, bu müraciətlərdən 4-ü elə 4 kənd in sakinləri adından səsləndirilib.

Daha dəqiq desək, rayonun Çayqaraqaşlı, Çölquşçu, Xəlfələr və Hacıqaraqaşlı kəndlərinin qazlaşdırılmasını Nadir Məmmədov, Süleyman Şıxəliyev, Eyvaz Allahyarov və Elməddin Quliyev xahiş ediblər. Bundan başqa aksiyada çıxışı zamanı küçə qaz xəttinin çəkilməsini və sayğacın yerinin dəyişdirilməsi istəyənlər də olub.

Hər bir müraciət Xaçmaz RQİİ-nin rəhbər şəxsləri tərəfindən qeydə alınıb. Bəzi problemlərin həll edilməsi istiqamətində müxtəlif göstərişlər verilib.





Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az