Atletlərimiz belə qarşılandı - VİDEO + FOTOLAR

21:58 - 15 Aprel 2023

Atletlərimiz belə qarşılandı - VİDEO + FOTOLAR

Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında iştirakdan imtina edən Azərbaycan millisinin Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi olub.

 

Manset.az həmin coşğulu anları təqdim edir:

 






21:38

Xəbər verdiyimiz kimi, ağırlıqqaldırma üzrə Azərbaycan idmançıları Tbilisidən Bakıya gəlir. Onlar yaxın dəqiqələrdə Vətənə çatacaqlar.

Manset.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, azarkeşlər idmançılarımızın gəlişini böyük maraqla gözləyirlər. Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, İrəvanda keçirilən Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı dizayner Aram Nikolyan səhnəyə qaçaraq qızın əlindən bayrağımızı götürərək yandırıb, daha sonra zaldan qaçmağa çalışıb. Bundan sonra Azərbaycan yığma komandası yarışda iştirakdan imtina edib. Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi birgə bəyanat yayaraq buna səbəb kimi Ermənistanın təhlükəsizliyi təmin etməməsini göstəriblər.

 




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az