“Heydər Əliyev İli” çərçivəsində ADPU-nun Filologiya fakültəsi Müasir Azərbaycan dili kafedrasının dosenti Zamiq Təhməzovun “Professor Mahirə Hüseynovanın azərbaycançılıq missiyası” adlı elmi seminarı keçirilib.
Manset.az xəbər verir ki, elmi seminar professor Mahirə Hüseynovanın “Missiya” kitabının təhlilinə həsr olunub. Elmi seminarda Ə.Nəvai adına Özbək dili və ədəbiyyatı Universitetinin professor-tələbə heyəti və fakültənin professor-müəllim heyəti iştirak edib. Elmi seminar Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.
Seminarı giriş sözü ilə açan Beynəlxalq Əlaqələr üzrə prorektor, prof. Mahirə Hüseynova Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin çiçəklənməsi uğrunda yorulmaz fəaliyyətindən, təhsil siyasətindən söz açıb. Ulu Öndərin liderlik fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib, ulu öndərin ifasında Azərbaycana sonsuz sevgisini tərənnüm etdirən "Azərbaycan" şeiri seminar iştirakçıları tərəfindən yüksək coşqu ilə qarşılanıb. Seminar filologiya üzrə fəlsəfə doktoru Zamiq Təhməzovun Mahirə Hüseynova yaradıcılığında Heydər Əliyevin azərbaycançılıq ideologiyasına sədaqəti, milli-mənəvi, əxlaqı dəyərlərin qorunması, xüsusilə təhsil, elm, mədəniyyət sahəsində fəaliyyətini konkret faktlarla əks etdirən "Missiya" kitabının - Heydər Əliyevə həsr olunmuş əsərlər içində sanballı, çəkisi ilə fərqlənən monoqrafiyanın məziyyətləri barədə seminar iştirakçılarına məlumat verilib. Özbək dili və ədəbiyyatı Universitetinin dekanı Saodat Muhamedova maraqlı seminara və onlara göstərilən diqqətə görə prof. Mahirə Hüseynovaya təşəkkürünü bildirib. Elmi-təşkilati şöbənin müdiri prof. İbrahim Bayramov, Türkoloji Mərkəzin müdiri prof. Mirvari Ismayılova, Ədəbiyyat kafedrasının müdiri dos. Razim Məmmədov çıxış edərək M.Hüseynovanın "Missiya" kitabı ilə bağlı düşüncələrini bölüşüblər. Seminarın sonunda seminar iştirakçıları və tələbələr özbək qonaqlarla xatirə şəkli çəkdiriblər.