Azərbaycanın quru sərhədləri mayın 1-i açılmayacaq

11:44 - 19 Aprel 2023

Azərbaycanın quru sərhədləri mayın 1-i açılmayacaq

Xəbər verdiyimiz kimi, Azərbaycanda xüsusi karantin rejiminin müddəti iyulun 1-dək uzadılıb.

 

Manset.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli əsədov qərar imzalayıb.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü ilin 1 iyul saat 06:00-dək uzadılıb.

Bu isə o deməkdir ki, Azərbaycanın quru sərhədləri bağlı olaraq qalır.

Qeyd edək ki, son günlər quru sərhədlərin mayın 1-də açılacağı deyilirdi. Ancaq Oprrativ Qərargahın son qərarı bu xəbərin doğru olmadığını ortaya çıxarmış oldu.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az