Nərimanovdakı “Cümə” məscidində eyni vaxtda 600-ə yaxın insan ibadət edə biləcək

14:55 - 20 Aprel 2023

Nərimanovdakı “Cümə” məscidində eyni vaxtda 600-ə yaxın insan ibadət edə biləcək

Bakının Nərimanov rayonundakı “Cümə” məscidində aparılan əsaslı təmirdən və rekonstruksiyadan sonra eyni vaxtda 600-ə yaxın insan ibadət edə biləcək.

 

Manset.az xəbər verir ki, məscidin birinci mərtəbəsi kişilər, ikinci mərtəbəsi isə qadınlar üçün nəzərdə tutulub.

Qeyd edək ki, "Cümə" məscidi 1998-ci ildən fəaliyyətə başlayıb. İllər ötdükcə bina tədricən qəzalı vəziyyətə düşüb. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə bu məsciddə əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb. İşlər yüksək səviyyədə həyata keçirilib və bu ilin aprel ayında başa çatdırılıb.

Aprelin 20-də “Cümə” məscidinin açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az