İlin ilk Günəş tutulmasından möhtəşəm GÖRÜNTÜLƏR

22:16 - 20 Aprel 2023

İlin ilk Günəş tutulmasından möhtəşəm GÖRÜNTÜLƏR

Xəbər verdiyimiz kimi, bu gün 2023-cü ilin ilk tutulma hadisəsi - Günəş tutulması başlayıb.

 

Manset.az xəbər verir ki, günəş tutulması dünyanın bəzi yerlərində tam, digərlərində isə həlqəvi formada baş verdiyi üçün hibrid adlandırılıb. 

Təbiət hadisəsi Cənub-Şərqi Asiya, Şərqi Hindistan, Avstraliya, Filippində, Hind və Sakit Okeanların sularında, həmçinin Antarktidada müşahidə edilib.

Maksimum tutulma Timor adasının yaxınlığında baş verib və bir dəqiqədən bir qədər çox davam edib. Qeyd edək ki, sonuncu dəfə hibrid Günəş tutulması 2013-cü il noyabrın 3-də baş verib, növbəti dəfə isə 2031-ci il noyabrın 14-də təkrarlanacaq.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az