Sulu qar yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

19:10 - 27 Aprel 2023

Sulu qar yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Aprelin 28-29-da əsasən gündüz saatlarında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

 

Bu barədə Manset.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yağıntının ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var.

Şərq küləyi aprelin 30-da bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az