İlk dəfə işə qəbul olunan müəllimlərlə bağlı - Dəyişiklik

10:19 - 28 Aprel 2023

İlk dəfə işə qəbul olunan müəllimlərlə bağlı - Dəyişiklik

Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) ilk dəfə işə qəbul olunan təhsilverənlərin sertifikatlaşdırmadan keçməyəcəkləri müddət azaldılır.

 

Manset.az xəbər verir ki, bu, Milli Məclisin Elm və təhsil komitəsinin iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qüvvədə olan qanuna görə, dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) ilk dəfə işə qəbul olunan təhsilverənlər 5 il müddətində sertifikatlaşdırmadan keçmirlər. Təklif olunan dəyişikliyə əsasən, bu müddətin 5 ildən 3 ilə endirilməsi təklif olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az