Çempionluq şənlikləri zamanı atışma: Bir “Napoli” azarkeşi öldü

12:35 - 05 May 2023

Çempionluq şənlikləri zamanı atışma: Bir “Napoli” azarkeşi öldü

“Napoli” azarkeşlərindən biri İtaliya çempionluğunu qeyd edən zaman ölüb.

 

Manset.az xəbər verir ki, buna Neapol küçələrində baş verən atışma səbəb olub. Güllə yarası alan 26 yaşlı fanat xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Çempionluq şənliklərində ümumilikdə 204 nəfər yaralanıb. Onlardan 4-ü güllə yarası alıb, biri bıçaqlanıb.

Xatırladaq ki, dünən A Seriyasının 33-cü turunda “Udineze” ilə heç-heçə edən (1:1) “Napoli”33 il sonra İtaliya çempionu adını qazanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az