Daşkəsəndə “Heydər Əliyev İli” ilə bağlı şəhid ailələrinə yardım edildi - FOTOLAR

13:18 - 06 May 2023

Daşkəsəndə “Heydər Əliyev İli” ilə bağlı şəhid ailələrinə yardım edildi - FOTOLAR

Mayın 6-da Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin təşkilatçılığı ilə “Heydər Əliyev İli” ilə bağlı Tədbirlər Planına əsasən Vətən müharibəsində şəhid olmuş daşkəsənli döyüşçülərin ailələri ziyarət olunub, onlara ərzaq bağlaması verilib.

 

Manset.az-ın məlumatına görə, görüşlərdə bildirilib ki, Ümummilli  Liderimiz  Heydər  Əliyev  tərəfindən  Vətən  uğrunda  şəhid   olmuş  oğulların  ailə  üzvlərinə  daim dövlət səviyyəsində qayğı  göstərilmiş,  onlara qanunla  bir çox  imtiyazlar  verilmiş, sosial-iqtisadi mənafelərinin, maddi  vəziyyətlərinin  yaxşılaşdırılması  üçün  fundamental sosial ənənənin bünövrəsi qoyulmuşdur. Bu  gün Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident  cənab  İlham  Əliyevin diqqət və qayğısı ilə Daşkəsən rayonunda da şəhidlərimizin xatirəsi daim uca tutulur, onların ailə üzvləri dövlətimizin hərtərəfli  qayğısı  ilə  əhatə olunur. 

Ulu Öndər Heydər Əliyev irsinə sarsılmaz sədaqət, Prezident cənab İlham Əliyevin fəaliyyətinə birmənalı dəstək nümayiş etdirən daşkəsənli şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az