Azərbaycanda 6 dövlət qurumunun saytının fəaliyyəti dayandırıldı

17:01 - 11 May 2023

Azərbaycanda 6 dövlət qurumunun saytının fəaliyyəti dayandırıldı

İnformasiya təhlükəsizliyi tələblərinə cavab vermədiyindən 6 dövlət informasiya ehtiyatının fəaliyyəti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dayandırılıb.

 

Manset.az xəbər verir ki, bu barədə Dövlət Xidmətindən məlumat verilib.

Aparılan audit yoxlamaları nəticəsində müəyyən edilmiş təhlükəsizlik risklərinin aradan qaldırılmaması səbəbindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin http://ayl.eco.gov.az, Xarici İşlər Nazirliyinin http://aida.mfa.gov.az və http://nakhchivan.mfa.gov.az, Qusar Rayon Gənclər və İdman İdarəsinin http://qusar-gii.gov.az, Gəncə Avtomobil Zavodunun http://ganjaauto.gov.az və İsmayıllı Rayon Bələdiyyəsinin http://ismayilli-bl.gov.az elektron informasiya ehtiyatının fəaliyəti dayandırılıb.

"Sözügedən saytlarda infomasiya təhlükəsizliyi üzrə çatışmazlıqlar aidiyyəti qurumlar tərəfindən aradan qaldırıldıqdan sonra onların fəaliyyəti bərpa ediləcək", - deyə məlumatda bildirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az