Hacıqəhrəmanlı qəsəbəsinin sahibkarları "Açıq mikrofon"da - FOTO

17:20 - 11 May 2023

Hacıqəhrəmanlı qəsəbəsinin sahibkarları \"Açıq mikrofon\"da - FOTO

SOCAR "Azəriqaz" İB-nin sahibkarlarla bu həftəlik görüşü Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində baş tutub.

 

Manset.az xəbər verir ki, aksiyanı giriş sözü ilə açıq elan edən Salyan RQİİ-nin rəisi sahibkarların qaz təchizatında üzləşdiyi problemləri dinləməyə hazır olduqlarını və Birliyin səlahiyyətləri çərçivəsində həllinə nail olunacağını bildirib.

Daha sonra KOBİA-nın nümayəndəsi çıxış edərək sahibkarlara hər zaman dəstəyin göstəriləcəyini vurğulayıb.

Mikrofon önünə keçən 20-yə yaxın sahibkarın müraciətləri isə müxtəlifyönümlü olub ki, bunlar da debitor borca görə güzəştlərin bu il də davam etdirilməsi, istixana sayğacının yerinin dəyişdirilməsi, bəzi hallarda qazın təzyiqinin zəif olmasından ibarət olub.

"Səyyar qəbul otağı"nda sahibkarların problem və təklifləri aidiyyəti üzrə yönləndirilməsi üçün qeydiyyata alınıb.

Hacıqəhrəmanlı qəsəbəsinin sahibkarları "Açıq mikrofon"da -  FOTO
Hacıqəhrəmanlı qəsəbəsinin sahibkarları "Açıq mikrofon"da -  FOTO
Hacıqəhrəmanlı qəsəbəsinin sahibkarları "Açıq mikrofon"da -  FOTO
Hacıqəhrəmanlı qəsəbəsinin sahibkarları "Açıq mikrofon"da -  FOTO


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az