Şamaxıda iki nəfər dəm qazından zəhərləndi

17:43 - 14 May 2023

Şamaxıda iki nəfər dəm qazından zəhərləndi

Şamaxıda iki nəfər dəm qazından zəhərlənib.

 

Manset.az “Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərin M. Bayramov küçəsində baş verib.

Həmin ünvanda yaşayan 1982-ci il təvəllüdlü Əliyev Fizuli Vahid oğlu və 1986-cı il təvəllüdlü Əliyeva Aygün Mirşah qızı yaşadıqları ünvanda dəm qazından zəhərləniblər.

Xəstələr Şamaxı rayon Mərkəzi xəstəxanasına yerləşdirilib, lazımi tibbi yardım göstərilib və vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az