Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın nümayəndələri İçərişəhəri ziyarət etdilər - FOTOLAR

09:50 - 15 May 2023

Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın nümayəndələri İçərişəhəri ziyarət etdilər - FOTOLAR

Bakıda UNESCO yanında Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (ICOMOS), qurumun Azərbaycan Milli Komitəsinin və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə “Ümumdünya irsi peşəkarlarının bacarıqlarının gücləndirilməsi” adlı beynəlxalq seminar keçirilib.


Manset.az xəbər verir ki, seminar çərçivəsində İCOMOS ekspertlərinin və İsrail, Türkiyə, Bolqarıstan, Sloveniya, Rusiya, Rumıniya, Moldova, Gürcüstan, Pakistan, Qazaxıstan, Özbəkistan, Misir, Oman və digər ölkələrdən olan mütəxəssislərin UNESCO-nun Ümumdünya İrs Məkanı olan İçərişəhərə səfəri baş tutub.

Seminar iştirakçıları İçərişəhərin dünya irs məkanı kimi mühafizəsi, mədəni irs obyektlərinin bərpası və konservasiyası, eləcə də zəngin mədəni irsin təbliği istiqamətində gördüyü işlərlə tanış olublar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az