“WhatsApp”dan çoxdan gözlənilən funksiya - FOTO

19:18 - 07 Sentyabr 2021

“WhatsApp”dan çoxdan gözlənilən funksiya - FOTO

"WhatsApp” konfidensiallıqla bağlı yeni funksiya əlavə edir.

Manşet.az xəbər verir ki, mesencerdə istifadəçinin şəbəkəyə son daxil olması barədə məlumatları idarə etmək mümkün olacaq.

Artıq istifadəçi mesencerə son girişin vaxtını tamamilə söndürmədən bir neçə nəfərdən gizlədə bilər. Bunun üçün "Son ziyarət” bölməsində seçilən kontaktlar üçün məlumatı bağlamaq kifayətdir.

Gələcəkdə yeni xüsusiyyət profil şəkilləri və profil məlumatları üçün tətbiq olunacaq.

"WhatsApp”dan bildirilib ki, bu konfidensiallığa nəzarət etməyə daha çox şərait yaradacaq.

Hələlik bu funksiya "iOS” tətbiqinin "beta” versiyasında görülüb. Həmin funksiya tezliklə "Android” istifadəçiləri üçün də əlçatan olacaq.

"WhatsApp” yenilik barədə məlumatı yaxın günlərdə rəsmi olaraq elan edəcək.

 

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az