“Gənclərimizin tərbiyəsi daim diqqət mərkəzində olmalıdır. Nazirliyin fəaliyyəti də bu istiqamətdə qurulmalıdır”.
Manset.az-ın xəbərinə görə, bunu Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev deyib.
PA rəsmisi qeyd edib ki, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi qarşıda qoyuln ən vacib tapşırıqdır: “Gənclərimizin bundan sonra qalib xalqın nümayəndələri kimi vətənpərvərlik ruhunda və müasir zamanla ayaqlaşan fərdlər kimi yetişdirilməsi nazirliyin öhdəsinə düşən vacib məsələlərdən biridir”.